EN

“Vətən” musiqi qrupu Litvada keçirilən beynəlxalq festivalda qalib olub

Ajans.az xəbər verir ki, festivalın təşkilatçıları tərəfindən musiqiçilərə Litvanın milli musiqi aləti hədiyyə edilib, onlar “Festivalın ən yaxşı musiqiçiləri” adına və pul mükafatına layiq görülüblər. Tarzən Ruslan Zərbaliyev instrumental ifa nominasiyasında da qalib olub. 41 ölkənin iştirak etdiyi festivala UNESCO-nun IOV və Beynəlxalq Rəqs Festivalları Federasiyası (FIDAF) rəhbərlik edib. Münsiflər heyətinə Litvanın tanınmış folklor ifaçısı Dr. Loreta Sungailienė başçılıq edib. Festival çərçivəsində “Vətən” qrupu Litvanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edib, Azərbaycan xalq musiqisini və rəqslərini təqdim edib. Qrup üzvləri həmçinin Şiauliai şəhərinin meri və festival təşkilatçıları ilə görüşüb, hədiyyələr təqdim ediblər. Səfər çərçivəsində Vilnüsdəki Azərbaycan səfirliyində səfir Tamerlan Qarayevlə də görüş keçirilib. Qeyd edək ki, qrup üzvləri həm də Azərbaycan Milli Konservatoriyası və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

Chosen
8
Ajans.az

1Sources