Misli Premyer Liqasının debütantı "Karvan" heyətini gücləndirməyə davam edir. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı David Oliveyra Silva transfer olunub. 

28 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Onun son klubu Maltanın "Zabbar" komandası olub.

"Karvan" klubu sosial media səhifəsində Oliveyranın transferini dəvə ilə birgə təqdim edib.