EN

ATV-nin efirində biabırçılıq: Gecə paltarında efirə çıxdı - VİDEO 

Tanınmış aparıcı Nanə Ağamalıyeva efirdəki geyimi ilə sosial mediada gündəmə çevrilib. Yenisabah.az xəbər verir ki, aparıcının seçdiyi libas izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun geyimi həm açıq-saçıq hesab olunub, həm də gecə paltarını xatırlatdığı üçün kəskin tənqid olunub.




Bəzi izləyicilər hesab ediblər ki, bu cür geyim efir etikası və tamaşaçı auditoriyasına uyğun deyil. “Veriliş aparırsan, podiuma çıxmırsan”, “Belə libasla efirə çıxmaq tamaşaçıya hörmətsizlikdir”, “Bu, artıq sərhədi aşmaqdır” kimi şərhlər yayılıb.



Bununla yanaşı, bir qisim izləyici Nanə Ağamalıyevanı müdafiə edib və onun geyiminin öz şəxsi seçimi olduğunu, insanların xarici görünüşə görə bu qədər sərt davranmasının doğru olmadığını bildirib.



Chosen
1
4
referans.az

5Sources