EN

Sabah Bakıda 40 dərəcə isti olacaq

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +35 dərəcədən +38 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək olacaq.

Chosen
6
49
ekologiya.az

10Sources