EN

Rusiya və Şimali Koreya arasında müdafiə razılaşması imzalandı

Rusiya və Şimali Koreya arasında yeni müdafiə və strateji tərəfdaşlıq razılaşması imzalanıb.

Turkustan.az xəbər verir ki,Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə bu addım rəsmi olaraq elan edilib.

Razılaşma, iki ölkə arasında hərbi və texniki əməkdaşlığın genişləndirilməsini, informasiya və logistika dəstəyi daxil olmaqla bir sıra sahələri əhatə edir. Pxenyanın bəyanatına görə, Şimali Koreya Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəklədiyini bildirib və əlavə olaraq tibb və infrastruktur sahəsində ixtisaslaşmış komandalar göndərməyə hazır olduğunu açıqlayıb.

Lavrov bildirib ki, bu razılaşma Rusiya ilə Şimali Koreya arasında “tarixi dostluq münasibətlərinin” yeni mərhələyə keçməsinə xidmət edəcək.

Bu əməkdaşlıq qərbi narahat edib. ABŞ və Cənubi Koreya rəsmiləri bu razılaşmanı diqqətlə izlədiklərini və bölgədə hərbi balansı poza biləcək addımların qarşısının alınması üçün diplomatik yolları nəzərdən keçirdiklərini açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
37
turkustan.az

10Sources