EN

Dönərçi bıçaqlandı

Abşeron rayonunda dönərçi bıçaqlanıb.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Şəfəq qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Bəhram Məmmədov içkili vəziyyətdə həmin qəsəbədə "Dadım Dönər"adlı dönərxananın yanından keçərkən dostları ilə zarafatlaşıb. Dostlarından biri Bəhramı itələyib və Bəhram müvazinətini itirib dönərxananın şüşə qapısına dəyib. Həmin vaxt dönərxanada işləyən Həsən çölə çıxaraq onu təhqir edib. Nəticədə Bəhramla Həsən arasında mübahisə yaranıb və onlar söhbəti davam etdirmək üçün qəsəbə ərazisindəki su kanalının kənarına gedib. Orada Həsən Bəhramı yumruqla vurub yıxıb. Ayağa qalxan Bəhram üstündə gəzdirdiyi bıçaqla Həsənə qarın nahiyəsindən zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Chosen
4
demokrat.az

1Sources