EN

“Neftçi“ millinin forvardının adını transfer siyahısından çıxardı - SON DƏQİQƏ

Millimizin hücumçusu Renat Dadaşov “Neftçi“nin formasını geyinməyəcək.

Bu barədə paytaxt klubundan redaksiyamıza bildirilib.

Saytımıza verilən məlumata görə, 26 yaşlı forvard müxtəlif səbəblərdən artıq onların transfer siyahısında yer almır.

Bunlardan biri də səbəbkarın yüksək maliyyə şərtləri irəli sürməsidir. Söhbət təqribən 500 min dollarlıq qazanc istəyindən gedir.

O, son olaraq “Radomyak”ın şərəfini qoruyub. Cari ilin əvvəlində “Ankaragücü”dən Polşa klubuna keçmişdi.

Mövsümün sonuna kimi imzalanan müqavilədə onun 1 il müddətinə uzadılması maddəsi olsa da, polyaklar bu məqamdan yararlanmaq istəməyib. Yerli klub ölkə çempionatının axır 10 turunda qol vura bilməyən Renatla müqavilə müddətini artırmayıb.

Bununla belə, Renat Ekstraklasanın digər təmsilçisi “Motor”un (Lublin) diqqət mərkəzinə düşüb. Onun "Hayduk"un (Split) da maraq dairəsində olduğu bildirilir.

SPORTİNFO.AZ

Chosen
7
sportinfo.az

1Sources