ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb.
Oxu.Az B Seriyası təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti ikiillikdir.
Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında hücumçudan götürülən dopinq testləri müsbət çıxdığı üçün 2023-cü ilin payızında iki il müddətinə diskvalifikasiya olunmuşdu.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.