2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu – Adriel Ba Lua ilə gücləndirib.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Kot-d’İvuardan olan yarımmüdafiəçi yeni mövsümdən “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik (2026-cı ilin 30 iyununadək) müqavilə imzalanıb.
Adrielin son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Lua buna qədər ASEC (Kot-d’İvuar), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.
Adriel Ba Lua bu ilin yanvarında qoşulduğu “Kan”ın heyətində cəmi 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, Fransa klubunu bu yay azad agent kimi tərk etmişdi.
Xatırladaq ki, “Qəbələ” daha öncə İsaak Amoa və Paulo Kimbilanı da heyətinə qatmışdı. Prins Ovusu ilə də yeni müqavilə imzalanıb.
Gedənlər: Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi və Elvin Yunuszadə isə komandanı tərk ediblər.