EN

Rahid Əmirquliyev: Suallar çox olsa da, cavab verən yoxdur

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Maliyyə probleminin olduğunu bilmirəm. Çempionatın başlamasına az qalıb və komandamız heç bir futbolçu ilə danışıq aparmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.Təcrübəli futbolçu növbəti mövsüm Birinci Liqada mübarizə aparmalı olan komandanın gələcəyinin sual altında olduğunu bildirib:"Rəhbərliklə görüşümüz oldu və bizə dedilər ki, özləyin. Komandanın qarşısına hansı məqsəd qoyulacağını bilmirəm. Rəhbərliyə nə qədər büdcə və neçə futbolçu qədər lazım olduğunu bildirmişik. Ancaq deyirlər müzakirə olunur. Yəni, "Şahdağ Qusar"ın aqibəti bilinmir. Birinci Liqada bütün komandalar transferlər edir, amma biz gözləmə mövqeyindəyik. Büdcənin bəlli olmamasısı səbəbindən transferlər edə bilmirik. Cavab verən də yoxdur. Müqaviləm başa çatıb. Qalmağımla bağlı danışığımız olmayıb. Hələ ki, istirahət edirəm. Suallar çox olsa da, cavab verən yoxdur. Halbuki komanda artıq yığılıb, məşqlərə başlamalı idi".Qeyd edək ki, ötən "futbol ili"ndə II Liqada mübarizə aparan "Şahdağ Qusar" mövsümü çempion kimi başa vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
sport24.az

2Sources