EN

196 ölkədə axtarışda olan mafiya lideri saxlanıldı

Kokain daşınmasına nəzarət etməkdə və Avropaya qaçaqmalçılıq marşrutlarını idarə etməkdə ittiham olunan Latın Amerikasındakı italyan “Ndrangheta” mafiyasının lideri Kolumbiyada saxlanılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis şübhəlinin "Peppe" kimi tanınan italiyalı Giuseppe Palermo olduğunu və 196 ölkədə həbs olunmasını tələb edən İnterpolun "qırmızı bildirişi" ilə axtarışa verildiyini açıqlayıb. 

Rəsmi açıqlamada o, Kolumbiyanın paytaxtı Boqota küçələrindən birində Kolumbiya, İtaliya və Böyük Britaniya səlahiyyətliləri, eləcə də Avropa Birliyinin hüquq-mühafizə orqanı olan "Europol" tərəfindən koordinasiyalı əməliyyat nəticəsində həbs edilib.

Kolumbiyanın polis rəisi Karlos Fernando Triana bildirib ki, Palermonun "Ndrangheta" mafiyasının  lideridir.

İtaliyanın ən güclü və gizli cinayət təşkilatlarından biri olan “Ndrangheta” xaricdə təsirini genişləndirib və Avropaya kokain idxal etməkdə ittiham olunur.

Chosen
19
18
unikal.az

10Sources