PSJ klubu üçün 2024/25 mövsümü hər mənada düşərli olub.
Offsideplus.az xəbər verir ki, onlar başa çatan mövsümü 900 milyon avro xeyirlə başa vurub. Bu məbləğ klub tarixində rekorddur.
Paris klubu geridə qalan mövsümdə tarixində ilk dəfə Çempionlar Liqasını da qazanıb.
Qeyd edək ki, PSJ sabah daha bir kubok qazana bilər. Onlar Klublararası Dünya Çempionatının finalında "Çelsi" ilə qarşılaşacaq.