EN

Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb

Moskva polisi Berejkovskaya sahilində avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Moskva polisi əməliyyat-istintaq tədbirləri zamanı Berejkovskaya sahilində sürücüsü piyadaları vuran avtomobilin yerini müəyyən edib. Qəza zamanı avtomobildə olan şəxslər müəyyən edilərək saxlanılıb. Onlar Daxili İşlər Nazirliyinin ərazi bölməsinə aparılıb", - məlumatda deyilir.

Səhiyyə Departamentindən verilən məlumata görə, Berejkovskaya sahilində vurulan iki nəfərin vəziyyəti ağır, qalanların, o cümlədən uşaqların vəziyyəti orta ağırdır.
Chosen
3
1
7news.az

2Sources