EN

Orxan Zeynalov: Qarabağ və Şərqi Zəngəzur öz tələbatını yaşıl enerji ilə təmin edir - APA TV

“Qarabağ və Şərqi Zəngəzur öz tələbatını yaşıl enerji ilə təmin edir”.

"APA-Economics" xəbər verir ki, bunu APA TV-yə müsahibəsində energetika nazirinin müavini Orxan Zeynalov deyib.

O bildirib ki, bu regionda günəş enerjisi potensialı 7200 meqavat, külək enerjisi 2000 meqavatdır. İndiyə qədər 550 fərdi, sosial, ictimai binalar günəş panelləri ilə təmin edilib. “Azərenerji” tərəfindən azad olunmuş ərazilərdə 32 kiçik su elektrik stansiyası istismara verib. İndi tam olaraq deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaşıl enerji ilə qidalanır. Əlavə enerji ölkənin enerji sisteminə ötürülür”, - nazir müavini əlavə edib.

Chosen
4
1
apa.az

2Sources