EN

Filippinli səyyah: Minalardan təmizlənmiş ərazilərdə görülən işləri müşahidə etmək heyrətləndirir

İşğaldan azad olunmuş ərazilərdəki dəyişikliklərə şahid ola bildiyim üçün özümü çox xoşbəxt hiss edirəm.

Bunu APA-ya filippinli səyyah Cesarine Janette Cordero deyib.

O bildirib ki, evlərini itirmiş insanlara yeni ümidlərin verilməsi yaxşı haldır: "Mən “Most Traveled People and Philippine Global Explorers” qrupunun tərkibində ilk dəfədir ki, Azərbaycana səyahət edirəm və buna görə də özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanda əvvəllər baş vermiş bəzi hadisələri, o cümlədən minalardan təmizlənmiş ərazilərdə görülən işləri müşahidə etmək heyrətləndirir. Hazırda mən də xoşbəxtəm ki, yerli hökumət evlərinə qayıtmaq istəyən insanlara bir növ ümid verir”.

Chosen
2
1
apa.az

2Sources