EN

Sabah isti hava olacaq

İyulun 13-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Mia.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Chosen
4
49
mia.az

10Sources