EN

Bazar günü Bakıda 40 dərəcə isti olacaq

Bakı. Trend:

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitiningünəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüzcənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəziyerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu,nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyiəsəcək.

Havanın temperaturugecə 21-26° isti, gündüz 35-39°, bəziyerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° istiolacaq.

Chosen
7
49
az.trend.az

10Sources