EN

Türkiyə klubu alman hücumçu ilə gücləndi

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi “Hamburq”dan ayrılan Davie Selkeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Selke karyerası ərzində “Hoffenhaym”, “Verder”, “Leypsiq”, “Köln” kimi klublarda çıxış edib. O, Almaniya yığmasında 5 oyunda 2 qol vurub.

Chosen
10
1
futbolpress.az

2Sources