EN

Alexandro Qomes İtaliya klubunda

37 yaşlı argentinalı veteran sol cinah hücumçusu Alexandro Qomes karyerasını İtaliya B Seriyanın təmsilçisi “Padova”da sürdürəcək.

Arena.az bu barədə “Padova”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Azad agent qismində olan Qomes “Padova”ya sərbəst keçid əsasında qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar.

Xatırladaq ki, Qomes dopinq istifadəsi səbəbindən 2025-ci ilin oktyabr ayına qədər cəzalıdır.

Cəzası ilə əlaqədar olacaq, argentinalı futbolçu 2025-ci ilin avqust ayının 19-na qədər komandası ilə birlikdə məşqlərə qoşula bilməyəcək. O səbəbdən Qomes fərdi qaydada məşqlərə çıxacaq.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Qomes, ondan 2022-ci ilin noyabrında götürülmüş dopinq müayinəsinin nəticələrinə görə, orqanizmində terbutalin tapıldığı üçün diskvalifikasiya edilmişdi. Futbolçunun sözlərinə görə, gecələr özünü yaxşı hiss etməyib, buna görə də klub həkimləri ilə əvvəlcədən məsləhətləşmədən övladlarından birinin öskürək əleyhinə şərbətini qəbul edib.

Alexandro Qomes “Arsenal de Sarandí”nin məzunudur. Hücumçu, karyereası ərzində “San-Lorenso”, “Kataniya”, “Metallist” (Xarkov), “Atalanta”, “Sevilya” və “Montsa”da çıxış edib.

Alexandro Qomes 2017-ci ilin iyun ayında debüt etdiyi Argenyina yığmasının heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Veteran hücumçu Argentina yığması ilə 2021-ci il Amerika Kubokunun, 2022-ci il FIFA Dünya Kubokunun və 2022-ci Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub. Qomes “albiseleste” ilə həmçinin 2007-ci il U-20 FIFA Dünya Kubokunun qalibi olub.

Chosen
102
arena.az

1Sources