Erməni ekspert: “Zəngəzurda nəzarət-buraxılış məntəqəsi yaradılıb”
“DİQQƏT! Məndə məlumat var ki, Zəngəzurda (bizim üçün ağrılı xatirələri yada salan bölgədə) nəzarət-buraxılış məntəqəsi yaradılıb”.
Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələlər üzrə erməni ekspert Qarnik Davtyan öz “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsi 2021-ci ildə Gorus-Qafan yolunda quraşdırılmış Azərbaycan sərhəd-keçid məntəqəsinə bənzəyir, Ermənistan vətəndaşları buradan keçərkən Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılır.