EN

Minimal əmək haqqının məbləği 1 milyon dollara yüksələcək

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NHL-də minimal əmək haqqının məbləği 2029/30 mövsümündə 1 milyon dollara yüksələcək.

İdman.biz xəbər verir ki, bunun 2026-2030-cu illər üçün qüvvədə olacaq yenilənmiş kollektiv razılaşmada əks edildiyi bildirilir.

Gələn mövsümdə minimal əmək haqqı əvvəlki səviyyədə qalacaq və 775 min dollar təşkil edəcək.

Daha sonra isə artım planlaşdırılır – 2026/27 mövsümündə 850 min, 2027/28-də 900 min, 2028/29-da 950 min və 2029/30 mövsümündə 1 milyon dollar.

Qeyd olunur ki, əgər oyunçular həmin mövsümlərdə əvvəlki minimal əmək haqqı ilə bağlanmış müqavilələrlə oynayacaqlarsa, onların maaşı həmin mövsümdə qüvvədə olan minimal məbləğə uyğun artırılacaq.

Bundan əlavə, yeni başlayan oyunçuların illik maksimum əmək haqqı (nailiyyət bonusları nəzərə alınmadan) da artacaq. Hazırda maksimum məbləğ 975 min dollardır. 2026-cı ildə bu məbləğ 1 milyon dollara yüksələcək və 2027-ci ildən etibarən formul tətbiq olunacaq – NHL minimal əmək haqqı + 175 min dollar. Beləliklə, 2029/30 mövsümündə maksimum əmək haqqı 1,175 milyon dollar olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources