EN

Tramp Texasda daşqın qurbanlarının ailələri ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp daşqınlardan zərər çəkmiş Texas ştatına səfər edib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə iyulun 4-də Texas ştatında baş vermiş daşqınlarda həyatını itirənlərin ailələri ilə görüşüb və onlara başsağlığı verib.

Səfər çərçivəsində o, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem, Texas qubernatoru Gregg Abbott və bir sıra yerli rəsmilərlə birlikdə mətbuat konfransı keçirib.

Tramp çıxışında qeyd edib ki, daşqınlara səbəb olan çay yatağının cəmi 45 dəqiqə ərzində təxminən 8 metr qalxması bu təbii fəlakəti onun əvvəllər şahidi olduğu hər hansı qasırğa və ya tornadodan fərqli edir.

Birinci xanım Melaniya Tramp da təbii fəlakətdən zərər çəkmiş ailələrin kədərini paylaşaraq bildirib:
“Gözəl, gənc ruhlarını itirmiş bütün valideynlərə dərin hüznlə başsağlığı verirəm. Amerika xalqı bu ailələrin uşaqları üçün birlikdə yas tutur".

Prezident Tramp həmçinin Texas qubernatoru Abbottun müraciəti əsasında, fövqəladə vəziyyətin yalnız Kerr qraflığı ilə məhdudlaşmadığını, fəlakətdən zərər çəkmiş daha səkkiz rayonu da əhatə edəcək şəkildə genişləndirildiyini bəyan edib. Bu qərar zərərçəkmiş bölgələrin federal hökumətin yardım və resurslarından faydalanmasına imkan yaradacaq.

Aytən Yaşar/ Turkustan.az

Chosen
9
1
turkustan.az

2Sources