Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İordaniyanın "Əl-Hüseyin" klubu ilə üz-üzə gələcək.
Fanatik Tur Meydançalarında baş tutacaq matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Zirə" Türkiyədə keçirdiyi ilə hazırlıq matçında yerli "Ankara Keçiörengücü" ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi