EN

Yüksək bal toplayan məzun təhsilini bu universitetdə davam ETDİRƏCƏK

Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin məzunu Zaur Nəzərzadə qəbul imtahanlarında yüksək nəticə göstərərək 679 bal toplayıb. Belə ki,o, məktəbi fərqlənmə attestatı ilə bitirib və Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə II yerin sahibi olub.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, yüksək bal toplayan Zaur Nəzərzadə təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirmək istəyir.

Həmçinin Zaur UNEC-in ən prestijli fakültələrindən biri olan Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə ixtisasını seçəcək.

 

Chosen
12
azedu.az

1Sources