Yevlaxda qətl hadisəsi baş verib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə iyulun 12-də saat 01 radələrində Yevlax şəhərində yerləşən evlərdən birində qeydə alınıb.
Orada yaşayan, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov ögey qardaşı, 1984-cü il təvəllüdlü, ruhi-əsəb xəstəsi olan Orxan Şikar oğlu Səmədovu bıçaqlayaraq qətlə yetirib.
Polis S. Əzizovu saxlayıb.
Araşdırmalar davam etdirilir.