Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Turan qəsəbə sakini 1938-ci il təvəllüdlü Abbas Qafarovu elektrik cərəyanı vuraraq öldürüb.
Belə ki, 87 yaşlı kişi yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən ehtiyatsızlıqdan onu cərəyan vurub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.