EN

Neftin qiyməti qalxdı

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb.

Demokrat.az-ın məlumatına görə, iyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb.

Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib.

ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya 2,51% bahalaşaraq 70,36 dollar/barel olub.

Analitiklər qeyd edirlər ki, qiymət artımı əsasən ABŞ-da neft ehtiyatlarının azalması, Çin və Hindistan kimi iri istehlakçılardan gələn tələbat siqnalları, dolların zəifləməsi və Yaxın Şərqdə artan geosiyasi gərginliklərlə izah olunur. Bu faktorlar bazarda təklif və tələbat balansına dair narahatlıqları gücləndirib.

Chosen
7
demokrat.az

1Sources