EN

İranda Türkiyə vətəndaşı itkin düşdü

İranda Serkan Eren adlı Türkiyə vətəndaşı itkin düşüb.

Demokrat.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Erenin təsis etdiyi Ştutqartda yerləşən “Stelp” xeyriyyə təşkilatı məlumat yayıb.

Bildirilib ki, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir. 

Qeyd olunur ki, S.Erenin Almaniyadan İrana maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə getdiyi, iyunun 28-də ölkəni tərk etməli olduğu, lakin bunu etmədiyi və o vaxtdan onunla əlaqənin kəsildiyi vurğulanır.

Chosen
4
13
demokrat.az

10Sources