EN

İBB də korrupsiya istintaqı dərinləşir: Daha 8 nəfər həbs

ain.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqı çərçivəsində daha səkkiz nəfər həbs olunub.

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məhkəmə prosesində hakim Bulut Aydöner, Fatih Yağcı, Hüseyn Yurddaş, Kadir Öztürk, Murat Or, Mustafa Bostancı, Sabri Caner Kırca və Ümit Polatın həbsinə qərar verib.

Zafer Çimen və Salih İlhan şərti olaraq sərbəst buraxılıblar.

İstanbul Baş Prokurorluğu həbs edilən və İBB bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, "cinayətkar təşkilata rəhbərlik", "cinayət təşkilatına üzv olmaq", "qəsb", "rüşvət", "ağır fırıldaqçılıq", "qanunsuz şəxsi məlumatların ələ keçirilməsi", "qanunsuz ələ keçirmə" ittihamları ilə şübhəlilər barəsində araşdırma aparır.

Qeyd edək ki, barələrində həbs qərarı çıxarılanlar iyulun 9-da İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qruplarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
4
sherg.az

5Sources