EN

100 yaşlı qadın 66 ildir eyni kafedə barista kimi işləyir - SƏHƏR OXUSU

İtaliyanın şimalındakı Verçellyo bölgəsində yerləşən "Bar Centrale" kafenin dar masaları arasında hər gün bir qadın süzgəcdən keçirilmiş espresso hazırlayır.

Valyuta.az xəbər verir ki, bu qadın 100 yaşlı Anna Possidir.

Anna Possi 1958-ci ildən bəri bu kafedə fasiləsiz işləyir və hazırda İtaliyanın ən yaşlı aktiv baristası kimi tanınır. Səhər saatlarında qəhvənin ətri ilə birgə kafeyə gələn müştərilər onun enerjisinə, mehribanlığına və təbəssümünə heyran qalır.

O, hər gün saat 7:00-da işə başlayır və axşama qədər masa arxasında duraraq espresso, kapuçino və latte sifarişlərini yerinə yetirir. Anna deyir ki, bu işi sadəcə peşəkar fəaliyyət kimi yox, həm də sosial əlaqələrin davamı kimi görür: "İnsanlarla ünsiyyət məni diri saxlayır. İşim həyatımın bir hissəsidir".

Barista karyerasına həyat yoldaşı ilə birgə başlayan Anna, onun ölümündən sonra da işləməyə davam edib. O, bu gün də müştərilərin adlarını yadda saxlayır, onlarla zarafat edir və zaman-zaman həyat hekayələrini bölüşür.

İş həyatını uzunömürlülüyün əsas sirri kimi göstərən Anna Possi gənclərə mesaj da verir: “Heç vaxt hərəkətdən qalmayın. İş görmək və ünsiyyətdə olmaq ömrü uzadır”.

100 yaşı olmasına baxmayaraq, Anna'nın həyat tərzi bir çox gənc sahibkara və iş adamına nümunə ola bilər. Çünki o, yaşa baxmayaraq işini sevir, onu ciddiyə alır və müştəriləri ilə davamlı ünsiyyətdə olur – bu isə xidmət sektorunun əsasıdır.

Mayya Hüseynova

Chosen
4
2
valyuta.az

3Sources