EN

Əsəb və stresin yaratdığı 7 QORXULU XƏSTƏLİK

Rusiyalı psixoterapevt Vladislava Poroşina stressin sağlamlığa təsirləri ilə bağlı maraqlı açıqlama verib.

Onun sözlərinə görə uzunmüddətli stress orqanizmdə bir sıra ciddi problemlərə yol açır və bu hallar müəyyən bir qrup xəstəliklərlə nəticələnir.

Mütəxəssis bu xəstəlikləri "Qızıl 7-lik" adlandırıb.

Poroşinanın açıqlamasına əsasən, stressin ən çox səbəb olduğu yeddi xəstəlik bunlardır:

Hipertoniya - daimi gərginlik qan təzyiqinin artmasına səbəb olur.

Ürək-damar xəstəlikləri - stress ürək döyüntüsünü və infarkt riskini artırır.

Mədə-bağırsaq pozuntuları - qastrit, xora və qəbizlik kimi problemlər yaranır.

Dəri xəstəlikləri - ekzema, psoriaz və digər dəri səpkiləri stresslə əlaqəli ola bilər.

İmmunitet zəifliyi - orqanizm virus və infeksiyalara qarşı həssaslaşır.

Yuxu pozuntuları - insomnia və yuxusuzluq stressin ilkin əlamətlərindəndir.

Depressiya və təşviş pozuntuları - emosional vəziyyətin uzunmüddətli pozulması psixoloji fəsadlara səbəb olur.

Psixoterapevt bu cür xəstəliklərin qarşısını almaq üçün stress mənbələrinin vaxtında müəyyən olunmasını və gündəlik rejimdə psixoloji rahatlıq təmin edən fəaliyyətlərə yer verilməsini tövsiyə edib.

Chosen
23
7
sportinfo.az

8Sources