Sumqayıtda mənzildə yanğın baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Rəfael Əli oğluna məxsus, 45-ci məhəllə, ev 3/52, mənzil 51 ünvanında yanğın qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, alovun qarşısı vaxtında alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media