EN

PSV əfsanənin oğlunu transfer etdi

Niderlandın PSV klubu “AZ Alkmaar”dan 20 yaşlı hücumçu Ruben van Bommeli transfer etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Forvard yeni klubunda yeddi nömrə altında çıxış edəcək.

“Mən bundan xoş bir şey imzalaya bilməzdim. PSV-nin əsas komandasında oynamaq həmişə arzuladığım şeydir. Həmişə düşünürdüm ki, PSV seçimi yaransa, gedərəm”, – van Bommelin sözləri klubun rəsmi saytında sitat gətirilib.

Chosen
31
publika.az

1Sources