EN

1950-ci illərin qadınları indikilərdən daha sağlam idi

Əvvəlki qadınlar daha canlı, sağlam idi deyimi mif deyilmiş.

“Medicina” xəbər verir ki, Böyük Britaniyada aparılan bir araşdırma 1950-ci illərin qadınlarının müasir xanımlarla müqayisədə daha çox doymuş yağlar yediyini və çox siqaret çəkdiyini qeyd edib.

Lakin yenə də 1950-ci illərin qadınları müasir həmyaşıdlarından daha sağlam idilər. Bu, sağlam həyat tərzi ilə bağlıdır: yarım əsr əvvəl zərif cinsin nümayəndələri daha çox fiziki aktiv olub.

Qeyd olunan dövrdə ev təsərrüfatı o qədər də inkişaf etmədiyindən qadınlar çox işləməli və gəzməli olurdular. Buna görə də onların ürəyi indiki zərif cinsin nümayəndələrinə nisbətən daha sağlam idi.

Müasir dövürdə 50 yaşına çatan qadınlar 1950-ci illərin 50 yaşlı qadınlarından daha az sağlamdır. Məsələn, 1951-ci ildə ev işləri çoxlu fiziki güc tələb etdiyinə görə, orta hesabla evdar qadın gündə 1000-dən çox kalori yandırırdı: xüsusən əl ilə paltar yumaq, digər işləri əl ilə görmək və s.
Araşdırmalar belə deməyə əsas verir ki, siqareti tərgitmək də müasir xanımları xilas etmir.
Yarım əsr əvvəl qadınların müasir xanımlara nisbətən daha tez-tez siqaret çəkmələrinə baxmayaraq, onlar sağlam idilər. Bu isə onu göstərir ki, fiziki əmək sağlam həyat tərzinin ən vacib amilidir: hətta düzgün bəslənmə və pis vərdişlərdən də vacib odur.
Chosen
7
2
sherg.az

3Sources