Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi ilkin mərhələ oyunlarını qələbə ilə başa vurub.
Təmsilçimiz "Tsukuba" (Yaponiya) və "Lozanna" (İsveçrə) üzərində inanmlı qələbə qazanıb.
Azərbaycan - "Tsukuba" (Yaponiya) - 21:10
Azərbaycan - "Lozanna" (İsveçrə) - 21:11
Nəticədə yığmamız əsas qruplara vəsiqə qazanıb. Basketbolçularımızın rəqibi C qrupunda Sinqapur və Ukrayna milliləri olacaq.
Buxarest mərhələsində iştirak Avropa Kubokunun oyunlarına hazırlıq məqsədi daşıyır.