EN

“Atletiko”nun futbolçusunun evinə silahlı hücum - üç nəfər saxlanıldı

“Atletiko”nun və Argentina millisinin futbolçusu Nauel Molinanın ailəsi silahlı basqınla üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, hadisə futbolçunun vətəni Argentinanın Lanus şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, evə daxil olan silahlı şəxslər soyğun məqsədilə ailəyə hücum edib. Lakin ailə üzvləri vaxtında polisə məlumat verməyi bacarıb. Hüquq-mühafizə orqanları hadisə yerinə operativ şəkildə çatıblar və müdaxilə nəticəsində cinayətkarlar planlarını tamamlaya bilmədən qaçmağa məcbur olublar.

Basqın iştirakçılarından üçü polis tərəfindən yerindəcə saxlanılıb. Digər şübhəlilərin axtarışı hazırda davam edir. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

 

 

Chosen
31
90deqiqe.az

1Sources