EN

Bu serialın adı başlamadan dəyişdirildi

Baş rollarında Dilan Çiçək Deniz və Ertan Sabanın yer alacağı yeni serialın adı dəyişdirilib.

Milli.Az xəbər verir ki, əvvəlcə "İtiraf" adı ilə təqdim olunan layihə artıq "Yalan" adı ilə yayımlanacaq. Serialın yayım tarixi və platforması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə psixoloji dram janrında olacaq layihədə sosial münasibətlər və fərdi dilemmlər ön planda olacaq. Dilan Çiçək Deniz və Ertan Sabanın canlandıracağı obrazların qarşıdurması serialın əsas xəttini təşkil edəcək.

Qeyd edək ki, hər iki aktyor daha əvvəl uğurlu layihələrlə tamaşaçı rəğbəti qazanıb. Serialın çəkilişləri yaxın günlərdə başlayacaq.

Chosen
17
musavat.com

1Sources