EN

Azərbaycan millisindən ardıcıl 4-cü qələbə - FOTO

BAKI. 12 iyul. TELEQRAF

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 4-cü qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, yığma B Divizionunda 9 - 16-cı yerlər uğrunda ilk oyununu keçirib.

Milli gərgin mübarizə şəraitində keçmiş oyunun yekununda Danimarka yığmasına 75:72 hesabı ilə qalib gəlib.

Avropa Çempionatında yoluna davam edən U-18-in növbəti rəqibi Slovakiya seçməsidir.

Chosen
22
2
teleqraf.com

3Sources