Uimbldonda kişilərin mübarizəsində finalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, ilk finalçı Karlos Alkaras - Teylor Frits qarşılaşmasında müəyyənləşib. İlk seti Alkaras, 2-ci seti isə Frits aktivinə yazdırıb.
Növbəti 2 setdə isə K. Alkaras rəqibinə aman verməyib - 6:4, 5:7, 6:3, 7:6 ((6).
Alkaras ardıcıl 3-cü il Uimbldonda final oynayacaq. O, əvvəlki 2 ildə qalib olmağı bacarıb.
Onun rəqibi isə Yannik Sinner olacaq.
İtaliyalı tennisçi Novak Cokoviçlə görüşdə rəqibinə set vermədən qələbə qazanıb - 6:3, 6:3, 6:4.
Sinner ardıcıl 5-ci oyunda Novakı məğlub edib.
Alkaras və Sinner arasındakı həlledici qarşılaşma iyulun 13-də baş tutacaq.