EN

Azərbaycan idmançısı Suya Tullanma Kubokunda 3 qızıl medal qazanıb

Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi 12-ci Sofiya Suya Tullanma Kubokunda çıxışını başa vurub.

Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər.

Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçilərinin iştirak etdiyi turnirdə yığmamız 3 qızıl medal qazanıb.

Milli komandanın aktivinə hər üç medalı Maqsud Tahirli yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.

Yarışda ümumilikdə 160-dan çox idmançı mübarizə aparıb.

Chosen
8
4
90deqiqe.az

9Sources