EN

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisinin Buxarestdəki oyunlarının vaxtı müəyyənləşib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Dünya Qadın Seriyasının Buxarest mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hər iki görüş iyulun 11-də keçiriləcək.

Raşa Deliçin başçılıq etdiyi yığma ilk olaraq Yaponiyanın “Sukuba” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.

Millimiz ikinci oyununda isə İsveçrə təmsilçisi "Lozanna" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.

Chosen
2
2
90deqiqe.az

3Sources