EN

“Qarabağ“ tanınmış futbolçunu transfer etdi -FOTO

"Qarabağ" yeni mövsümdə üçüncü transferini reallaşdırıb.

XəzərNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya “Mafra”sı ilə aparılan danışıqlar nəticəsində yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Fil Dişi Sahilindən olan 25 yaşlı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Kuaku “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan futbolçu 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.



Xəbər 4 dəfə oxunub.
Chosen
16
18
xezernews.az

10Sources