EN

Azərbaycan və Ermənistan liderləri niyə müsəlman ölkəsində görüşdü?



"Azərbaycan və Ermənistan liderlərinin Abu Dabi görüşünün diqqət çəkən məqamlarından biri görüşün müsəlman və ərəb ölkələrindən birində keçirilməsi, Birləşmiş Ştatların bu görüşə toxunması və önəm verməsidir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra körfəz ölkələri ilə siyasi, iqtisadi və ticari əlaqələrə xüsusi önəm verir, eyni zamanda dünyada münaqişə tarixi olan ölkələr arasında sülh razılaşmasının olmasında maraqlıdır:

"Məlumdur ki, hazırda regionumuza yaxın bölgələrdə cərəyan edən silahlı münaqişələr fondunda yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu digər ölkələr üçün nümunə sayıla və sülhü təşviq edə bilər. Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına və sülh müqaviləsinin imzalanmasına mane olan regional ölkələrin bölgəyə münasibəti bu və ya digər formada dəyişmişdir, Zəngəzur dəhlizi ilə bağlı bu ölkələrdən gələ biləcək müdaxilələr Azərbaycan tərəfindən zamanla neytrallaşdırılıb. İndi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması istiqamətində atılan real addımlar ölkəmizin Qarabağda yeni reallıqlar yaratdığı, Azərbaycanın öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bir dönəmdə baş verir. Razılıqlar əldə olunacağı təqdirdə bu ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirmiş olacaq".

Süleyman
Chosen
13
newscenter.az

1Sources