EN

Hotel otağında dəhşətli hadisə: Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı

Qadın hotel otağında görüşdüyü sevgilisi tərəfindən pəncərədən atılıb.

Belə ki, Bahar quru təmizləmə müəssisəsində işləyirdi. O, Rizvanla metroda tanış olur, daha sonra isə aralarında sevgi münasibəti yaranır.

Hadisə baş verən gün Bahar işdə idi və Rizvanla yazışırdı. Rizvan isə taksi ilə yola çıxmışdı. Yazdığı mesajlardan aydın hiss olunurdu ki, o, Bahar üçün çox darıxıb.

Bahar quru təmizləmədə işini başa vurub gözəllik salonuna gedir, özünü xoşbəxt hiss edərək hətta saç ustasına bu günün onun üçün çox əlamətdar olduğunu söyləyir.

Daha sonra Rizvan və Bahar əvvəlcədən təyin etdikləri görüş yerinə yollanıb şəhərdəki restoranlardan birinə gedirlər. Onlar əvvəlcədən rezerv edilmiş masa arxasına əyləşirlər. Rizvan Bahara hər dəfə onu görəndə bir daha aşiq olduğunu, bu münasibətin ciddiləşməsini istədiyini söyləyir.

Restorandan çıxdıqdan sonra onlar piyada gəzərək söhbət edirlər. Daha sonra ənənəvi olaraq getdikləri hotelə gəlirlər, otağın açarını alıb oraya qalxırlar. Otağa girəndən sonra Rizvan yorğun halda divanda əyləşir və Baharı yanına çağırır. Bahar isə soyuducudan spirtli içki çıxarıb badələrə süzür. Rizvan içdikdən sonra yaxınlaşıb onu öpmək istəyəndə, Bahar qəfildən onun əlini itələyərək geri çəkilir və deyir: "Sən məni aldadırsan!"

Rizvan əvvəlcə nə baş verdiyini anlamasa da, Bahar davam edir: "Mən bilirəm ki, sən başqa qızlarla da görüşürsən". Rizvan qışqırmağa, sərt davranmağa başlayanda, Bahar qorxaraq hotelin hamamında gizlənir, özünə güzgüdə baxaraq ağlayır. Rizvan isə onu təhqir edir və yanına gəlməsini tələb edir. Bahar hotel otağında çarpayının üstündə oturub Rizvana baxır və eyni sözləri təkrar edir. Rizvan ona səssiz baxaraq sanki ağlasığmaz bir şey etməyə hazırlaşır. O, qəflətən zor tətbiq edərək Baharı hotelin pəncərəsindən atır. Xoşbəxtlikdən Bahar sağ qalır.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
11
4
far.az

5Sources