EN

"Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər"VİDEO

Bakının Yeni Suraxanı qəsəbəsi, Abdulla Şəfiyev küçəsinin sakinləri evlərinin çökəcəyi ehtimalından narahatdır.

Xezerxeber.az-ın məlumatına görə, bu küçədə evlərin altından keçən kanalizasiya xətləri çürüyüb, tullantı suları zirzəmilərə dolur.

Tullantı sularının axacağı yer olmadığına görə ərazidəki evlərin divarında çatlar yaranır. Elə buna görə də sakinlər evlərini tez-tez təmir etdirmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirdilər ki, sözügedən ünvanda xətiin dəyişdirilməsi ilə bağlı müvafiq işlərə başlanılıb. Yaxın günlərdə təmir işlərinə start veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
33
xezerxeber.az

1Sources