EN

BMT-dən Əliyev-Paşinyan görüşünə REAKSİYA

  Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş son görüşü müsbət dəyərləndirib.

Referans xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi açıqlama verib.

“Bu görüşü sülh sazişinin mətni üzrə razılığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirmək olar. Baş katib bu prosesləri çox diqqətlə izləyir”, – deyə nümayəndə qeyd edib.

Qeyd olunur ki, BMT rəhbərliyi iki ölkə arasında aparılan birbaşa danışıqları və müzakirələri təşviq edir və bu prosesi regional təhlükəsizlik baxımından vacib sayır. Quterreşin nümayəndəsi bu kontekstdə tərəfləri konstruktiv dialoqu davam etdirməyə və mümkün qədər tezliklə sülh sazişi imzalamağa çağırır.

Qeyd edək ki, BMT ilə yanaşı, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq aktorlar da Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində atılan addımları dəstəkləyib./Globalinfo.az  

Chosen
17
referans.az

1Sources