EN

Avropa Birliyinin əhalisi rekord həddə çatdı

Avropa Birliyinin (AB) əhalisi tarixində ilk dəfə olaraq 450,4 milyon nəfərə çatıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə AB-nin statistika xidməti olan "Eurostat"ın yayımladığı son hesabatda qeyd olunub.

Əhali artımı miqrasiya hesabına mümkün olub.

2012-ci ildən bəri Avropa Birliyində hər il ölüm səviyyəsi doğum səviyyəsini üstələyir. Yəni təbii artım deyil, yalnız miqrasiya əhalinin sayını artırır.

Mütəxəssislər bildirirlər ki, əhalinin yaşlanması və aşağı doğum göstəriciləri fonunda bu vəziyyət sosial təminat sistemlərinə ciddi təzyiqlər yaradır və əmək bazarında kəskin işçi çatışmazlığına səbəb olur.

2024-cü ildə AB-nin əhalisi 1,07 milyon nəfər artıb. Bu dövrdə 1,3 milyon nəfərlik təbii azalma baş verib: 4,82 milyon insan ölüb, 3,56 milyon insan dünyaya gəlib;

2,3 milyon nəfərlik miqrasiya axını isə bu azalmadan daha çox olub və nəticədə ümumi AB əhalisinin 47%-i yalnız üç ölkənin payına düşür:

Almaniya

Fransa

İtaliya

Əhali artımı 27 AB üzvündən 19 ölkədə qeydə alınıb, 8 ölkədə isə azalma müşahidə olunub.

Əhalisi ən sürətlə artan ölkələr:

Malta: hər 1000 nəfərə +19,0

İrlandiya: +16,3

Lüksemburq: +14,7

Əhalisi ən çox azalan ölkələr:

Latviya: -9,9

Macarıstan: -4,7

Polşa və Estoniya: hər biri -3,4

"Eurostat" qeyd edir ki, son onilliklərdə AB-də əhali artımı sürəti xeyli zəifləyib: 1960-cı illərdə Avropa Birliyi əhalisi ildə 3 milyon nəfər artırdısa, 2005-2024-cü illərdə bu rəqəm 0,9 milyon nəfərə qədər düşüb.

Chosen
27
2
axar.az

10Sources