EN

Abdu Aziz Fall rəsmən “Fənərbağça”da

Türkiyənin “Fənərbağça” klubu heyətini 18 yaşlı seneqallı futbolçusu, dayaq yarımmüdafiəçisi Abdu Aziz Fall ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Seneqalın “Essamaye” klubundan transfer olunmuş gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb. Türkiyə nəhənginin bu transfer üçün ödədiyi təzminatın məbləği açıqlanmır.

Qeyd edək ki, Abdu Aziz ilk dəfə legioner həyatı yaşayacaq. O, daha əvvəl ölkəsində “Keur Madior” klubunda çıxış edib. Yarımmüdafiəçi ölkəsinin U-17 yığmasında da forma geyinib.

Chosen
34
arena.az

1Sources