EN

Reabilitasiya mərkəzlərində xəstələrə necə yardım edilir?VİDEO

Aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Daxil İşlər Nazirliyindən bildirilib.

Nazirlikdə antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti müzakirə olunub. Bildirilib ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.

Bəs reabilitasiya mərkəzlərinin faəliyyəti necədir? Müalicə peşəkar kadrlar tərəfindən aparılırmı?

Respublika Narkoloji Mərzəzinin direktoru Fəzail Sadıqovun sözlərinə görə, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi zamanı elə hallar olur ki, şəxs şoka düşə bilir və ya digər tibbi müdaxilələr mühüm olur. Buna görə də ixtisaslaşmış həkimlər, psixoloqlar tərəfindən müalicə daha məqbuldur.

Reabilitasiya mərkəzlərindən birinin direktoru Rəşad Eyvazov isə bildirib ki, mərkəzdə fəaliyyət göstərən mütəxəssisləri peşəkar hesab etmək olar. Çünki həmin şəxslər özləri sağaldıqları üsulu növbəti xəstələrə tətbiq edirlər.

Rəşad Eyvazov onu da bildirdi ki, 6 aylıq müalicə müddətində həmin şəxslər asılılıqlarından uzaq saxlandığına görə demək olar ki, 70-80 faiz müsbət nəticə əldə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
xezerxeber.az

1Sources