EN

Amerikanın Ukraynaya silah tədarükü bərpa edilib - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində hərbi nümayəndələrlə danışdığını və Amerikanın Ukraynaya silah tədarükünün bərpa olunduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Hazırda biz tərəfdaşlarla yeni təchizat, Ukraynada genişmiqyaslı silah istehsalı və ordumuzun geniş miqyaslı təminatı üzərində işləyirik", - Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, məlumatlara görə, silah tədarükü bərpa olunub, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, ən yüksək səviyyədə siyasi siqnallar var.

Digər məsələlərlə yanaşı, Ukrayna lideri münaqişə ilə bağlı yaxın gələcəkdə Rusiyaya qarşı güclü addımlar və sanksiyalar gözlədiyini və təzyiqin işləməli olduğunu bildirib.

QAZİLER.AZ

Chosen
9
qaziler.az

1Sources